Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > SON DƏQİQƏ: Maliyyə naziri qazın qiymətinin artmasının səbəbini AÇIQLADI
Ana Sayfa > Karusel / Gündəm > SON DƏQİQƏ: Maliyyə naziri qazın qiymətinin artmasının səbəbini AÇIQLADI

SON DƏQİQƏ: Maliyyə naziri qazın qiymətinin artmasının səbəbini AÇIQLADI


23-11-2021, 16:15. Yazar: Admin
SON DƏQİQƏ: Maliyyə naziri qazın qiymətinin artmasının səbəbini AÇIQLADI

 

“Bir çox deputatlar öz çıxışlarında təmsil etdikləri rayonlarda seçicilərin maraqlarını müdafiə etmək məqsədilə bir çox məsələlər qaldırıblar”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, deputatların qaldırdığı problemlər qeydə alınır və təhlil edilir: “Hansı məsələlər daha prioritet olursa, onların həlli təmin edilir. Qaz təchizatı ilə bağlı məsələlərə aidiyyəti dövlət qurumları münasibət bildirəcəklər. Dünya bazarlarında hazırda təbii qazın qiyməti çox yüksəkdir. Bu proseslər ölkə daxilində də öz təsirini göstərir”.


Geri dön