Ana Sayfa > Karusel / Siyasət > Zakir Həsənov ASELSAN şirkətinin idarə heyətinin sədri ilə görüşüb - FOTO
Zakir Həsənov ASELSAN şirkətinin idarə heyətinin sədri ilə görüşüb - FOTO23-11-2021, 14:41. Yazar: Admin |
Noyabrın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində müsbət addımlar atıldığını, hər iki ölkə başçılarının dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə genişlənməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Nazir Vətən müharibəsində istifadə olunan ASELSAN şirkətinin istehsalı olan texniki avadanlıqların yüksək keyfiyyətə malik olduğunu xüsusi vurğulayıb. Geri dön |