Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb

Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb


22-11-2021, 19:22. Yazar: Admin

Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 1 283 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 574 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 494 nəfər müalicə olunaraq sağalıb, 7 657 nəfər vəfat edib, aktiv xəstə sayı 27648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 199, ötən müddət ərzində isə ümumilikdə 5 449 379 test aparılıb.


Geri dön