Şəhərlərarası nəqliyyatın, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək.
"Qarabaginfo" "Trend"ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, sərnişin sıxlığı yaranarsa, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.