Ana Sayfa > Karusel / Siyasət > ABŞ Azərbaycan-İran münasibətlərinin sabitləşməsindən şaddır
ABŞ Azərbaycan-İran münasibətlərinin sabitləşməsindən şaddır22-11-2021, 16:30. Yazar: Admin |
Biz Azərbaycan və İran arasındakı gərginliyi yaxından izləyirdik və yaranmış gərginlikdən çox narahat idik. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib. Onun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, həm Rusiya, həm də İranla həmsərhəddir və bu coğrafi şərait bəzən problemlər yarada bilir. “Çox şadıq ki, artıq vəziyyət sabitləşib. Görünən odur ki, münasibətlər normala dönüb və İran bu istiqamətdə addımlar atıb, öz xəttini vəziyyətə uyğunlaşdırıb və kursunu dəyişib. Biz Azərbaycan üçün sabit, münaqişəsiz sərhədlər görmək istəyirik. Bu bir faktdır ki, ötən il münaqişədən bəri biz cənub sərhədlərində narkotik qaçaqmalçılıqda artım müşahidə etdik. Lakin yaxşı xəbər odur ki, Azərbaycanın gömrük və sərhəd xidmətləri narkotik qaçaqmalçılığı ilə mübarizədə öz imkanlarını daha da gücləndirib. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, onların istifadə etdiyi texnika və ləvazimatı ABŞ təmin edib. Azərbaycanın öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə yardımla bağlı ABŞ-ın proqramı var. Bu texniki ləvazimatların çeşidi genişdir. Həmçinin ABŞ-ın dəstəyinə Azərbaycanın gömrük və sərhəd xidmətlərinin əməkdaşları üçün treninq proqramları da aiddir. Həmçinin biz bu dəstəyi Azərbaycanın Xəzər dənizindəki çox vacib enerji infrastrukturunu qoruması üçün veririk. Təqdim etdiyimiz texnikalar Azərbaycanın Xəzərdəki enerji infrastrukturunu nəzarətdə saxlamağa imkan verir. Sadəcə bir neçə həftə öncə bizim Azərbaycana təqdim etdiyimiz radar vasitəsilə Xəzər dənizində siqaret qaçaqmalçılığı edən gəmi saxlanıldı. Mən həqiqətən şadam ki, biz Azərbaycanın öz sərhədlərini nəzarətdə saxlaması və qoruması üçün imkanlarına dəstək veririk. Bu bizim də marağımızdadır. Biz Azərbaycanın müstəqilliyini dəstəkləyirik”, - ABŞ səfiri vurğulayıb. Geri dön |