Ana Sayfa > Karusel / Təhsil > Təhsil Nazirliyi peşə məktəbləri və kolleclərə daxil ola bilməyən şagirdlərə müraciət edib

Təhsil Nazirliyi peşə məktəbləri və kolleclərə daxil ola bilməyən şagirdlərə müraciət edib


22-11-2021, 14:55. Yazar: Admin

 

Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

Peşə və orta ixtisas məktəblərinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu 30.11.2021-ci il tarixdə saat 18:00-da yekunlaşacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, qəbul şagirdlərin elektron yerdəyişməsi portal (sy.edu.az) vasitəsilə elektron qaydada aparılır və prosesə 10.11.2021-ci il tarixdən start verilib.

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.


Geri dön