Ana Sayfa > Karusel / Mədəniyyət > Nazir müavinindən fəxri adlarla bağlı açıqlama

Nazir müavinindən fəxri adlarla bağlı açıqlama


22-11-2021, 14:05. Yazar: Admin

Elnur Əliyev

"Fəxri adların verilməsi ilə bağlı meyarların hazırlanması işləri davam edir".

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, hazırda məsləhətləşmələr aparılır.

"Təxminən, prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvacibinin artırılması, onların əmək fəaliyyətinə uyğun olaraq haqqının təmin edilməsidir. Bu, ümumi prosesin bir hissəsidir. Fəxri adlar da həmçinin", - E.Əliyev vurğulayıb.


Geri dön