Ana Sayfa > Karusel / Kriminal > Polis əməkdaşı velosipedçini vurub öldürdü

Polis əməkdaşı velosipedçini vurub öldürdü


22-11-2021, 12:50. Yazar: Admin

Daxili İşlər Nazirliyi (DİN) Göyçayda polis əməkdaşının törətdiyi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, noyabrın 20-də saat 22 radələrində Göyçay şəhəri ərazisində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti “Ford” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurub. Nəticədə F.Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Geri dön