Ana Sayfa > Karusel / Sosial > Bakıda “Qələbə dairəsi” istiqamətində hərəkətə məhdudiyyət ləğv edilib

Bakıda “Qələbə dairəsi” istiqamətində hərəkətə məhdudiyyət ləğv edilib


22-11-2021, 12:32. Yazar: Admin

 

Bakıda “Qələbə dairəsi” istiqamətində hərəkətə məhdudiyyət ləğv edilib

Noyabrın 20-21-də Bakının Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.

Qarabaginfo.az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir-tikinti işləri körpünün “Qələbə dairəsi” istiqaməti üzrə hərəkət hissəsində aparılıb.

Sürücüləryol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər


Geri dön