Ana Sayfa > Karusel / Təhsil > Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı məsələyə aydınlıq gətirilib

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı məsələyə aydınlıq gətirilib


22-11-2021, 11:08. Yazar: Admin

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı AÇIQLANDI - Modern.Az Azərbaycan və dünya xəbərləri

Təhsil Nazirliyi Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrlə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən Qarabaginfo.az-a bildirilib ki, 42 ölkədən olan əcnəbi vətəndaşların ölkəyə girişi mümkün olduğundan həmin ölkə vətəndaşı əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir.

Qeyd olunub ki, aktiv müvəqqəti yaşama icazəsi vəsiqəsinə sahib olan, digər ölkələrin vətəndaşları da əyani dərslərdə iştirak üçün ölkə ərazisinə daxil ola bilirlər: "Digər əcnəbi tələbələrin əyani tədrisə cəlb olunması üçün aidiyyəti təşkilat qarşısında vəsatət qaldırıb, həmin şəxslərin ölkə ərazisinə girişinə icazə verilənədək əcnəbi vətəndaşların tədris prosesinin digər formalarda təşkili məsələsinə universitetlərin Elmi Şuralarının səlahiyyətləri çərçivəsində baxılması yerli ali təhsil müəssisələrinə tapşırılıb".


Geri dön