Ana Sayfa > Karusel / Region > Şahin Mustafayev İranın Xarici işlər naziri ilə görüşüb
Şahin Mustafayev İranın Xarici işlər naziri ilə görüşüb21-11-2021, 22:52. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, Ş.Mustafayev iki ölkə arasında son vaxtlar yaranmış gərginliyin geridə qalmasından danışaraq bildirib ki, gələn ilin əvvəlində iki ölkənin iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyasının iclası keçiriləcək. Ş.Mustafayev 2021-ci ilin əvvəlindən İran və Azərbaycan arasında ticarət dövriyyəsinin 22 faiz artdığını vurğulayıb: "Pandemiya dövründə ticarət əlaqələrinin bu qədər artması iki ölkə arasında dostluq münasibətlərinin və iqtisadi sahədə geniş potensialın göstəricidir". Görüşdə H.Əmirabdullahiyan da İran və Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsindən məmnunluğunu dilə gətirib və qeyd edib ki, bu, iki ölkənin xalqları arasındakı dərin bağların olmasını göstərir: "Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması iki ölkənin iqtisadi münasibətlərində yeni səhifənin açılmasına zəmin yaradır. Hər iki tərəf ticarət, nəqliyyat, enerji və turizm sahəsində mövcud olan iqtisadi potensialdan istifadə etməlidir." İran XİN başçısı həmçinin ölkəsinin azad olunmuş rayonların yenidən qurulmasındakı potensialından danışıb və İran şirkətlərinin Qarabağdakı yenidənqurma işlərinə qoşulmağa hazır olduğunu vurğulayıb. Diplomat Azərbaycan və İranın peyvəndləmə prosesində uğurlu addımlar atdığını bildirərək iki ölkə arasında vətəndaşların gediş-gəlişi və təyyarə reyslərinin bərpasının zərurətini vurğulayıb. H.Əmirabdullahiyan İran İslam Respublikasının daima ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini bildirib və bölgədə beynəlxalq sərhədlərin dəyişilməz olduğunu qeyd edib. Tərəflər həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının qarşıdakı zirvə toplantısı və iki ölkə arasında əldə olunan razılaşmalar haqqında fikir mübadiləsi aparıblar.(Apa) Geri dön |