Ana Sayfa > Karusel / Region > İrəvan geri çəkildi: Zəngəzur dəhlizi bu tarixdə işə başlayacaq – SENSASİON İDDİA

İrəvan geri çəkildi: Zəngəzur dəhlizi bu tarixdə işə başlayacaq – SENSASİON İDDİA


21-11-2021, 22:34. Yazar: Admin
İrəvan geri çəkildi: Zəngəzur dəhlizi bu tarixdə işə başlayacaq – SENSASİON İDDİAfacebook sharing buttonprint sharing button

“Türk dünyasını quru dəhlizi ilə birləşdirəcək Zəngəzur xətti rəsmən fəaliyyətə başlayır. Xəttin Zəngəzurdan keçən 37 kilometrlik hissəsində problem yaradan İrəvan geri çəkilərək sərhədlərin müəyyən edilməsi ilə dəhlizin açılmasını qəbul edib. “Turan yolu” da adlandırılan 165 kilometrlik dəhliz may ayında istifadəyə veriləcək. Magistral yolun açılışından sonra dəmir yolu da inşa olunacaq”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

“Qəzetimizə məlumat verən Azərbaycanın təhlükəsizlik mənbələri dəhlizlə bağlı qərarın 11 bənddən ibarət 10 noyabr bəyannaməsində yer aldığını, amma İrəvanın bir il ərzində prosesi sabotaj etdiyini bildirib:

“Atəşkəs danışıqlarında Zəngəzur dəhlizi də müzakirə bəndləri arasında yer alıb, onlar xəttin açılmasını rəsmən qəbul ediblər. Lazım olan yolun çəkilməsi və infrastrukturun qurulması ilə dəhliz may aylarında daşımalara başlayacaq”, – qəzet qeyd edib.

Nəşr bildirib ki, Ermənistan tərəfi Zəngəzurdan keçən yol və sərhədlərin dəqiqləşdirilməsi üçün komissiyanın yaradılması qərarını rəsmən qəbul edib: “Zəngəzurun 37 kilometrlik hissəsində təhlükəsizliyi rus hərbçiləri təmin edəcək.

Qəzet vurğulayıb ki, İrəvanın Zəngəzurda gömrük məntəqəsinin yaradılması ilə bağlı təkidli tələbi Azərbaycan tərəfindən rədd olunub:

“Bakı belə bir durumda oxşar addımı Laçında atmaq üçün tərəddüd etməyəcəyini diqqətə çatdırıb.

Ermənilərin Laçın və Kəlbəcər istiqamətindəki son təxribatları yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Avropa Birliyinin vasitəçiliyi ilə görüşəcək. Diplomatik mənbələr İrəvan və Bakının daha sonra Türkiyə ilə danışıqlar aparacağını bildirir”. (Teleqraf.com)


Geri dön