Ana Sayfa > Karusel / Region > Putin revaksinasiya edilib və burun peyvəndi üzrə sınaq üçün könüllü olub

Putin revaksinasiya edilib və burun peyvəndi üzrə sınaq üçün könüllü olub


21-11-2021, 21:20. Yazar: Admin

 

Putin revaksinasiya edilib və burun peyvəndi üzrə sınaq üçün könüllü olub

Rusiya Prezidenti Vladimir Putin “Sputnik layt” vaksini ilə koronavirusa qarşı təkrar peyvənd olunduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report" Rusiya mediasına istinadən xəbər yayıb.

Qeyd edilir ki, dövlət başçısı prosedurdan sonra özünü yaxşı hiss edir.

"Bu gün sizin, həmkarlarınızın tövsiyəsi ilə mən “Sputnik layt”la daha bir dəfə peyvənd edildim. Artıq bu, revaksinasiya adlanır", - dövlət başçısı tibb işçiləri ilə söhbətində bildirib.

"Ağrısızlığa gəlincə, bunu iki saat əvvəl mənə etdilər. Amma heç nə hiss etmirəm, səhhətim normaldır, hər şey yaxşıdır", - Putin deyib.

Rusiya lideri həmçinin SARS-CoV-2-yə qarşı burun peyvəndinin istifadəsi üzrə eksperimentdə iştirak etmək üçün könüllü olub.


Geri dön