Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zəlzələ Ağsuda dağıntılara səbəb olub
Ana Sayfa > Karusel / Sosial > Zəlzələ Ağsuda dağıntılara səbəb olub

Zəlzələ Ağsuda dağıntılara səbəb olub


20-11-2021, 22:53. Yazar: Admin

 

Zəlzələ Ağsuda dağıntılara səbəb olub

Bu gün baş verən zəlzələ nəticəsində Ağsuda yaşayış evinə ziyan dəyib.

Qarabaginfo.az xəbər verir ki, zəlzələ zamanı rayonun Kalva kənd sakini Dilşad Hacıyevaya məxsus ev ucaraq yarasız hala düşüb.

Zərərçəkmişin oğlu Şamil Hacıyev “Report”un yerli bürosuna bildirib ki, evin divarları tamam uçub.

Ev sahibinin sözlərinə görə, 2019-cu ildə ərazidə baş verən zəlzələ zamanı Fövqaladə Hallar Nazirliyinin əməkdaşları evə baxış keçirib və yeni evin tikiləcəyi ilə bağlı ev sahibinə məlumat veriblər. Amma bu günə kimi heç bir iş görülməyib.

Qeyd edək ki, 5 otaqdan ibarət evdə 5 nəfər yaşayır, onlardan 2-si uşaqdır. Hazırda ailənin bütün üzvləri qəzalı evin digər 2 otağında yaşamaq məcburiyyətində qalıb. Onlar aidiyyəti qurumlardan kömək gözləyirlər.(Report)


Geri dön