Ana Sayfa > Karusel / Hadisə > Şamaxıda baş verən zəlzələlər Bakıda da hiss olunub
Şamaxıda baş verən zəlzələlər Bakıda da hiss olunub20-11-2021, 21:18. Yazar: Admin |
Bunu Qarabaginfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, avtoşoklar davam edir, bir neçəsi qeydə alınıb: "Xırda təkanlar olmalıdır ki, enerji boşalması getsin və fon səviyyəsinə gəlsin. Daha güclü zəlzələnin olacağına inanmıram. Çünki 5.1, 4.1 , sonra 2.5 və 2 bal gücündə zəlzələlər müəyyən qədər enerji boşalmasını təmin edib. Yəni katastrofik dağıdıcı təkanları olacağına inanmıram". Qeyd edək ki, noyabrın 20-də ölkə ərazisində iki zəlzələ qeydə alınıb. Zəlzələlər 3-5 bal gücündə hiss olunub. Geri dön |