Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hərbçimiz Zəngilanda minaya DÜŞDÜ
Ana Sayfa > Karusel / Gündəm > Hərbçimiz Zəngilanda minaya DÜŞDÜ

Hərbçimiz Zəngilanda minaya DÜŞDÜ


20-11-2021, 11:14. Yazar: Admin

Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.

 

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.


Geri dön