Ana Sayfa > Karusel / Gündəm > Tibbi Sığorta Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı artırılıb
Tibbi Sığorta Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı artırılıb19-11-2021, 18:09. Yazar: Admin |
İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 8 tibb müəssisəsi ilə müqavilə bağlayıb. Bu barədə Qarabaginfo.az-a agentlikdən məlumat verilib. Belə ki, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 19-dan 27-ə qədər yüksəlib. "İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır", - agentlikdən bildirilib. Müqaviləli tibb müəssisələrinin siyahısı aşağıdakılardır: 1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs 2. Mərkəzi Klinik Xəstəxana 3. Caspian International Hospital 4. Respublika Diaqnostika Mərkəzi 5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi 6. Gəncə Beynəlxalq Xəstəxanası 7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası 8. Mərkəzi Neftçilər Xəstəxanası 9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi 10. EGE Hospital 11. Sumqayıt Hospital 12. Avrasiya Hospital 13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi 14. Leyla Medical Center 15. Badam Medical Center 16. Lor Hospital 17. Məlhəm Beynəlxalq Hospital 18. “OKİ” Özəl Tibbi Müalicəxanası 19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital) 20. Oksigen Klinik Xəstəxanası 21. Diaqnoz Tibb Mərkəzi 22. “Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət 23. Mediland Hospital 24. Medera Hospital 25. Stimul Hospital 26. Medistyle Hospital 27. Batıgöz Medical Plaza Məhdud Məsuliyyətli Cəmiyyət Geri dön |