Ana Sayfa > Karusel / Siyasət > YAP-ın yaranmasının 29-cu ildönümünə həsr edilmiş konfrans keçirilib

YAP-ın yaranmasının 29-cu ildönümünə həsr edilmiş konfrans keçirilib


19-11-2021, 17:11. Yazar: Admin

Yeni Azərbaycan Partiyası Avropa Xalq Partiyasına etiraz məktubu ünvanlayıb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfrans keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə deputatlar, YAP İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası və Gənclər Birliyinin üzvləri, Mərkəzi Aparatın əməkdaşları və partiyanın yerli təşkilatlarının sədrləri iştirak ediblər.

Öncə YAP-ın 29 ildə keçdiyi yoldan bəhs edən sənədli film nümayiş olunub.

Konfransda çıxış edən YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov müasir Azərbaycanın xalq-lider birliyi sayəsində uğurla inkişaf etdiyini vurğulayıb: “Tarixi hadisələrdən biri də YAP-ın yaradılmasıdır. O zaman ölkədə siyasi, iqtisadi tənəzzül hökm sürürdü, Azərbaycan beynəlxalq səviyyədə təcrid durumuna düşmüş, formal müstəqilliyin də itirilməsi təhlükəsi yaranmışdı. Belə bir məqamda xalq ümidini Ümummilli Lider Heydər Əliyevə bağlamışdı. Bir qrup ziyalı Heydər Əliyevə müraciət etmiş, Heydər Əliyev də YAP-ın yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. Güclü lider ətrafında yaradılan YAP qısa zamanda siyasi səhnədə mühüm yer tutdu və xalqı ətrafında birləşdirdi. Xalqın Heydər Əliyevə inam və etimadı sayəsində YAP qısa müddətə hakimiyyətə gəldi, yeni Azərbaycanın quruculuğunun həyata keçirilməsini təmin etdi. Ümumxalq partiyasına çevrilən partiya Azərbaycanın demokratik inkişafı yönündə üzərinə düşən missiyanı uğurla həyata keçirib. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazın ən böyük partiyası olan YAP-ın nüfuzu durmadan artır. YAP-ın bütün seçkilərdə qalib gələrək qələbə partiyasına çevrilməsi bunun real təsdiqidir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu gün YAP-a rəqib olacaq hər hansı partiya mövcud deyil. Cəmiyyətin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, uğurlarla kifayətlənməməli, daim gələcəyə baxmalı, sosial ədaləti bərqərar etmək üçün bundan sonra da durmadan çalışmalıyıq”.

YAP Mərkəzi Aparatının rəhbəri 800 min nəfərə qədər üzvü olan YAP-da davamlı islahatların aparıldığını vurğulayıb: “Mehriban Əliyevanın partiya sədrinin birinci müavini olması partiyamızın və dövlətimizin güclənməsinə xidmət edən amildir. Mehriban xanımın birinci müavin kimi fəaliyyəti partiyamızın və ölkəmizin daha da güclənməsini təmin edəcək”.

T. Budaqov qeyd edib ki, qalib Azərbaycanın yaratdığı reallıq dünyada, Türk Dünyasında yüksək qiymətləndirilir, Azərbaycan Prezidenti Türk Dünyasının Ali Ordeni ilə təltif olunub: “Yeni reallıqlar fonunda bu ilin martında keçirilən YAP-ın qurultayında qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın davamlı uğurlar əldə etməsinə zəmin yaradacaq”.

Azərbaycan Prezidentini Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibəti ilə təbrik edən YAP sədrinin müavini Əli Əhmədov YAP-ın uğurlu taleyə malik olduğunu söyləyib: “YAP-ın sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal altındakı torpaqları azad edilib. Bu, tariximizin ən şərəfli səhifələrindən biridir”.

Ə. Əhmədov Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən də danışıb: “Heydər Əliyev xilaskarlıq və quruculuq missiyalarını yerinə yetirib. Azərbaycan Heydər Əliyevinin xilaskarlıq missiyasının layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə növbəti uğurlara imza atacaq”.

YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən olan Şahlar Əsgərov YAP-ın qurulma tarixindən danışıb : “16 oktyabr 1992-ci ildə “91-lər” Heydər Əliyevə müraciət etdi və Heydər Əliyev müstəqil, yeni Azərbaycan uğrunda mübarizəyə hazır olduğunu bildirdi”.

YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Heydər Əliyev və Azərbaycançılıq ideologiyasından, Heydər Əliyevin kursunun layiqli davamçısı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, Zəfərdən danışıb.

YAP Gənclər Birliyinin sədrinin müavini Sevinc Qasımova YAP-ın dünənin, bu günün və gələcəyin partiyası olduğunu vurğulayıb.


Geri dön