Ana Sayfa > Karusel / Gündəm > DİN “TikTok”-da narkotiki təbliğ edən yeniyetməyə xəbərdarlıq edib

DİN “TikTok”-da narkotiki təbliğ edən yeniyetməyə xəbərdarlıq edib


19-11-2021, 13:45. Yazar: Admin

 

Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir neçə gün öncə “TikTok” platformasında “ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.

DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməlyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.

O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.

Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonun səhifəsindən silib.


Geri dön