Ana Sayfa > Karusel / Gündəm > Qazilərin əlillik qrupu hansı halda dəyişdirilir?
Qazilərin əlillik qrupu hansı halda dəyişdirilir?19-11-2021, 12:26. Yazar: Admin |
Bir sıra hallarda qazilər əlillik qruplarını dəyişmək üçün müraciət edir.
Qarabaginfo.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müraciətlərə hərbi komissiyada baxılır: "Proses tam şəffaf aparılır. Müxtəlif təşkilatların nümayəndələri də iştirak edir. Orada qaziyə əlillik dərəcəsinin hansı meyarlara əsasən təyin edildiyi barədə məlumat verilir. Əgər səhhətlərində ağırlaşmalar varsa, təbii ki, qrupu dəyişdirilir. Elektron qiymətləndirmə aparılarkən səhv ola bilər, amma hərbi komissiyada əyani olaraq təyin edilir. Burada əlillik dərəcəsinin yanlış təyinatı ehtimalı çox azdır". Geri dön |