Ana Sayfa > Karusel / Cəmiyyət > "Azəriqaz": "Azəristiliktəchizat" qaz borcunu dekabrın 15-dək ödəməlidir
"Azəriqaz": "Azəristiliktəchizat" qaz borcunu dekabrın 15-dək ödəməlidir19-11-2021, 11:54. Yazar: Admin |
"Azəristiliktəchizat" ASC qazın istifadəsinə görə "Azəriqaz" İstehsalat Birliyinə yaranan borcunu bu ilin dekabrın 15-dək ödəməlidir. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində bildirib. Onun sözlərinə görə, borcun bir hissəsi artıq ödənilib, lakin tərəflər arasında əldə olunan razılığa görə, bu proses dekabrın 15-dək tam təmin edilməlidir. Borc ödənilmədiyi təqdirdə "Azəriqaz" qazın verilişini dayandırmaq məcburiyyətində olacaq. Qeyd edək ki, noyabr ayının 1-dən dağlıq rayonlarda, noyabrın ortalarında isə ölkənin digər regionlar üzrə istilik təchizatına start verilib.(Apa) Geri dön |