Ana Sayfa > Karusel / Cəmiyyət >  “COVID-19” pasportu olmayan 143 nəfər toylara buraxılmayıb

 “COVID-19” pasportu olmayan 143 nəfər toylara buraxılmayıb


19-11-2021, 11:13. Yazar: Admin

Azərbaycanın “toy oliqarxları” – Hansı şadlıq evi kimindir? » Vertikal.az

Noyabrın 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 163 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Qarabaginfo.az-a erilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 143 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Geri dön