Ana Sayfa > Karusel / Cəmiyyət > Bəxtiyar Hacıyevə təhqir mesajları yazan şəxs saxlanıldı

Bəxtiyar Hacıyevə təhqir mesajları yazan şəxs saxlanıldı


19-11-2021, 10:48. Yazar: Admin

 

Bəxtiyar Hacıyevə təhqir mesajları yazan şəxs saxlanıldı

Bir müddətdir sosial şəbəkələrdə mənəvi terrora məruz qaldığını iddia edən ictimai fəal Bəxtiyar Hacıyev hadisəni törədən şəxsin tutulduğunu açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, feysbuk paylaşımında bildirib: “Köhnə proqramlaşdırma bacarıqlarımı işə salıb, sadə bir kod yazdım və bu mesajların arxasında dayananlarla bağlı təkzibedilməz sübutlar toplayıb DİN və DTX-ə təqdim etdim. Axşam məni “Bandotdel”ə dəvət etdilər və məlumat verdilər ki, həmin şəxsi saxlayıblar.

Onunla üzləşmə keçirildi. Adamın dediyinə görə təkcə məni hədəf almaq üçün son bir neçə ayda nömrələrə 10 000 dollardan artıq pul xərclənib. Ümid edirəm ki, adamın arxasında dayanan, ictimai-siyasi mühiti söyüş mühitinə çevirməyə çalışan sifarişçiləri də taparlar”.

Qeyd edək ki, B.Hacıyev son aylarda xarici vatsap nömrələrindən ona anonim mesajlar gəldiyini, təhqir və mənəvi terrora məruz qaldığını bildirir.(Qafqazinfo)


Geri dön