Ana Sayfa > Karusel / Dünya > ABŞ 500-ə yaxın yeni taktiki nüvə bombası hazırlamağı planlaşdırır

ABŞ 500-ə yaxın yeni taktiki nüvə bombası hazırlamağı planlaşdırır


19-11-2021, 07:46. Yazar: Admin

 

ABŞ 500-ə yaxın yeni taktiki nüvə bombası hazırlamağı planlaşdırır

Amerika Birləşmiş Ştatları özünün “B-2 Spirit” strateji bombardmançıları və hazırlanmaqda olan “B-21 Raider”, həmçinin Avropada Amerika və NATO-nun digər qırıcı-bombardmançı təyyarələrini gücləndirmək üçün ən azı 480 yeni “B61-12” nüvə bombası istehsal etməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Amerika Alimləri Federasiyasının (FAS) məlumatında deyilir.

Qeyd edilir ki, bu nüvə silahlarının əksəriyyəti 2022-ci ildə ABŞ-ın kontinental hissəsində yerləşdirilə bilər.

Yeni aviabombaların Avropadakı aviabazalardakı anbarlara yerləşdirilməsinə 2023-2024-cü illərdə başlanması planlaşdırılır.

Ölkənin nüvə arsenalına cavabdeh olan ABŞ Nüvə Təhlükəsizliyi üzrə Milli Administrasiyasının məlumatına görə, yeni taktiki nüvə bombası olan B61-12-nin hazırlanması artıq başa çatıb və tezliklə onun kütləvi istehsalına başlanılacaq.


Geri dön