B. Badilaia sabiq Prezidentin xərəklə aparıldığını, lakin hazırda harada olduğu barədə məlumatının olmadığını qeyd edib.
Qeyd edək ki, Gürcüstana qeyri-qanuni yollarla qayıtmış üçüncü Prezident M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə nəql edilib. Həbs edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayan Saakaşvili səhhətindəki problemlərlə əlaqədar noyabrın 8-də iradəsinin ziddinə olaraq helikopterlə 18 saylı Qldani Penitensiar Xəstəxanasına nəql edilib. Təxminən 50 gündür ki, aclıq aksiyası keçirən sabiq Prezidentin yalnız maye və vitaminlər qəbul etdiyi bildirilir.(apa)