Ana Sayfa > Karusel / Gündəm > Kəmaləddin Heydərov icra başçısının oğlunu İŞDƏN ÇIXARDI

Kəmaləddin Heydərov icra başçısının oğlunu İŞDƏN ÇIXARDI


18-11-2021, 14:37. Yazar: Admin
Kəmaləddin Heydərov icra başçısının oğlunu İŞDƏN ÇIXARDI

 

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi rəis müavinini vəzifəsindən azad edib.

Qarabaginfo.az qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müavafiq əmri ilə Cənub Regional Mərkəzinin rəis müavini, polkovnik Seymur Qaraşov işdən azad olunub.

Onun hələlik hansı quruma təyinat alması barədə məlumat yoxdur.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.


Geri dön