Ana Sayfa > Karusel / İdman > Samet Aybaba: “Azərbaycanın futbol görüntüsü yaxşı deyil”

Samet Aybaba: “Azərbaycanın futbol görüntüsü yaxşı deyil”


18-11-2021, 11:56. Yazar: Admin

Samet Aybaba: “Azərbaycanın futbol görüntüsü yaxşı deyil”


“AFFA-dan mənimlə heç kim təmasa keçməyib. Türkiyə mətbuatında yazılanlar həqiqəti əks etdirmir”.

Bunu açıqlamasında adı Azərbaycan millisinin baş məşqçi postuna hallanan Samet Aybaba deyib.

Qardaş ölkə mediası AFFA-nın 66 yaşlı mütəxəssislə anlaşdığını yazsa da, Aybaba bunu təkzib edib. Bununla belə, o, yığmamızda işləməyə müsbət yanaşır: “Təbii ki, təklif olsa, oturub danışmaq lazımdır. Azərbaycan bizim də ölkəmizdir”.

Son olaraq “Adana Dəmirspor”u çalışdıran Samet Aybaba millimizin hazırkı durumundan da bəhs edib: “Düzü, Azərbaycanın futbol görüntüsü heç də yaxşı deyil. Yığma komandanın dünya çempionatının seçmə mərhələsindəki nəticələrini biz də izləyirdik. Çox çalışmaqla vəziyyəti düzəltmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Canni de Byazinin müqavilə müddəti ayın sonuna qədərdir.

APA


Geri dön