Ana Sayfa > Karusel / Gündəm > Kursantın intiharı ilə bağlı cinayət işi AÇILDI
Kursantın intiharı ilə bağlı cinayət işi AÇILDI18-11-2021, 11:13. Yazar: Admin |
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantının intiharı ilə bağlı rəsmi məlumat açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Rəsmi məlumata görə, hazırda istintaq aparılır. Geri dön |