Ana Sayfa > Karusel / Siyasət > “Ermənilərə təklif edirik ki, sülh müqaviləsi imzalasınlar” - Arzu Nağıyev

“Ermənilərə təklif edirik ki, sülh müqaviləsi imzalasınlar” - Arzu Nağıyev


18-11-2021, 11:02. Yazar: Admin

“Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları, ATƏT -in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar artıq dövlət sərhəddindəki vəziyyət barədə məlumatalandırılıblar. XİN-in vasitəsilə baş verən insident haqqında məlumataları var. Əsas məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatlar buna necə reaksiya verirlər”.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev beynəlxalq qurumların Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqların vacibliyini şərh edərkən bildirib.

 

A.Nağıyev qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri hadisəyə yenə də əvvəllər də olduğu kimi deklarativ bəyanatlarla, sülhə çağırışlarla cavab verir: 

 

“Məlum məsələdir ki, burada regional dövlətlərin öz marağı var. Digər dövlətlər də təbii ki, öz maraqlarından çıxış edirlər. Mühüm məqam odur ki, beynəlxalq səviyyədə hamı Azərbaycanın haqq səsini bilir, lakin ikili yanaşma olduğuna görə bu prosesləri o qədər də qabartmırlar. Əsas məsələ odur ki, biz ərazi bütövlüyümüzü bərpa edirik və demarkasiya və delimitasiya məsələsini gündəmə gətirmişik. Ermənilərə təklif edirik sülh müqaviləsi imzalasınlar. Bizim başqa hansısa bir istəyimiz yoxdur. Eyni zamanda, tələb edirik 10 noyabr sazişinə hörmətlə yanaşılsın və orada imzası olan hər bir dövlət, Rusiya və Ermənistan özlərinin rəhbərlik imzalarına hörmət etsinlər. Ermənilərə həmin o maddələri yerinə yetirməyə təsir etsinlər”.


Geri dön