Ana Sayfa > Karusel / Sosial > Qaz xəttinə hava vurulması ilə bağlı xəbər yayıldı - ŞOK VİDEO

Qaz xəttinə hava vurulması ilə bağlı xəbər yayıldı - ŞOK VİDEO


18-11-2021, 08:29. Yazar: Admin

Sosial şəbəkələrdə Ucar rayonunda qaz xəttinə hava vurulmasını iddia edən videogörüntülərin yayılması ilə bağlı xəbər vermişdik. Rayon mərkəzində çəkilən görüntülərdə iddia olunurdu ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil vasitəsilə rayonu qazla təmin edən ana xəttə hava vurulur. Bildirilir ki, evlərdə qaz sobaları yandırılan zaman qaz xəttindən ancaq hava gəlir. Nəticədə, abonentlər qaz işlətmədən əlavə ödəniş etməli olurlar. 

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu məsələ nə dərəcədə realdır? Qaz xəttinə hava vurula bilərmi? Bunun hər hansı təhlükəsi varmı? Sadalanan suallarla bağlı kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımova müraciət etdik.

Ekspert “Qafqazinfo”ya açıqlamasında belə halın nəzəri və təcrübi əsasının olmadığını bildirdi.

Onun sözlərinə görə, qaz xəttinə heç kim hava vurmur, qazın özünün standartı var və o standarta uyğun olaraq hazırlanır: 

 

"Qazın tərkibinin standarta uyğun olması da müəyyən qurumlar tərəfindən yoxlanır. Kimin nə marağı var ki, qazın içərisinə hava vursun? Həmçinin, bu, çox təhlükəli bir işdir. Bəzən evlərdə qazı yandıranda yarım dəqiqə, bir dəqiqə ərzində hava gəlir. Bu, ona görə olur ki, bəzi insanlar naşı ustaları çağırırlar və onlar da qaz xəttini su xəttinə qoşur. Təcrübədə belə hallar baş verir.

 

Su qaz xəttinə dolur, orada tıxac yaradır və qaz təchizatı pozulur. Bu da “Azəriqaz” İB üçün böyük problem yaradır. Bunu aradan qaldırmaq üçün kompressor çağırılmalıdır, qaz verilişi dayandırılmalıdır. Qazın işçi təzyiqi kəmərlərdə 500 mm-dir, onu 2-3 atmosfer təzyiqlə vurub suyu çıxarırlar.

Suyu çıxarandan sonra qazı bərpa edəndə boruda qalan hava qazla bərabər istehlakçılara gedir. Cihazlarda 1-2 dəqiqə ola bilər ki, hava çıxsın. Bəzi savadsız adamlar elə bilirlər ki, qaza hava vurulur”. 

Ekspert bildirib ki, qaza hava vuranda qazın konsentrasiyası metandan – 60 faizdən artıq olanda qaz yanmır. Qaza hava vurmaq özü cinayətdir:

“Azəriqaz” bir ayda 60 milyon kubmetrdən çox qazı alıb-satır. Borunun içində qalan 2-3 kubmetr qaz “Azəriqaz”a nə verir ki, belə işlərə getsin? Bu, tamamilə absurddur. Kimsə, görünür, gündəmdə qalmaq üçün və ya digər səbəbdən belə bir məlumat yayıb”.

 


Geri dön