Ana Sayfa > Karusel / Siyasət > Gürcüstanın xarici işlər naziri Azərbaycan və Ermənistan nazirlərini bir araya toplayıb

Gürcüstanın xarici işlər naziri Azərbaycan və Ermənistan nazirlərini bir araya toplayıb


18-11-2021, 07:53. Yazar: Admin

“Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər Nazirlərinin görüşü çərçivəsində Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə danışıqlar aparıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Zalkaliani tərəfləri əmin edib ki, Tbilisi regionda uzunmüddətli sülh və sabitliyin qorunması üçün hər cür səy göstərməyə hazırdır.

Həmçinin qeyd olunub ki, o, regionda sabitliyin və sülhün möhkəmləndirilməsinin və qonşu ölkələr arasında gərgin vəziyyətin azaldılmasının vacibliyini bir daha təsdiqləyib.

virtualaz.org


Geri dön