Ana Sayfa > Karusel / Region > Paşinyan əsir düşən əsgərləri İTTİHAM ETDİ

Paşinyan əsir düşən əsgərləri İTTİHAM ETDİ


17-11-2021, 22:35. Yazar: Admin
Paşinyan əsir düşən əsgərləri İTTİHAM ETDİemail sharing button

Nikol Paşinyan Ermənistanın əsgərlərini rahat formada əsir düşməkdə ittiham edib.  

Qarabaginfo.az xəbər verir ki, Paşinyan bununla bağlı “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyanın “Bu günlərdə əsir düşən və ölən əsgərlər haqqında nə məlumdur?” sualını cavablandırarkən danışıb.

“Hesab edirəm, Ermənistan Silahlı Qüvvələrində xidmət edən hər bir şəxsin üzərinə müəyyən öhdəliklər düşdüyü üçün hər bir əsir götürülmə hadisəsini lazımi qaydada araşdırmağın vaxtı çatıb. Biz hamımız araşdırmalıyıq ki, onlar necə, hansı şəraitdə düşüb? Hərbi nizamnamədə açıq şəkildə göstərilir ki, hansı halda əsir götürülməsi cinayət sayılmır. Məsələn, açıq-aydın görünür ki, əsgər huşsuz vəziyyətdə əsir götürülübsə, bununla bağlı iddialar ola bilməz”, – deyə Paşinyan sualı cavablandırıb.

Ermənistanın Baş naziri, həmçinin qeyd edib ki, danışıqlar prosesinin Ermənistan üçün uğurla nəticələnməməsinin səbəbi beynəlxalq ictimaiyyətin onlardan fərqli düşünməsidir. “Bizim “ermənipərəst həll” ifadəsi vardı və Qarabağ probleminin maraqlarımıza uyğun həllini istəyirdik. Lakin nəzərə almadığımız bir məqam odur ki, beynəlxalq ictimaiyyət məsələnin ermənipərəst deyil, ədalətli həllində maraqlıdır”, – deyə paşinyan etiraf edib.(moderator.az)


Geri dön