Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan və Avropa Komissiyası beynəlxalq maliyyə qurumları ilə əlaqələri müzakirə edib

Azərbaycan və Avropa Komissiyası beynəlxalq maliyyə qurumları ilə əlaqələri müzakirə edib


17-11-2021, 19:33. Yazar: Admin

Azərbaycan və Avropa Komissiyası beynəlxalq maliyyə qurumları ilə əlaqələri müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktor vəzifəsini icra edən cənab Matsey Popovski ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir feysbukda yazıb.

"Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktor vəzifəsini icra edən Matsey Popovski ilə beynəlxalq maliyyə qurumları ilə əlaqələrin genişlənməsi və işğaldan azad olunmuş ərazilərimizin bərpası çərçivəsində əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq", - o qeyd edib.


Geri dön