Ana Sayfa > Karusel / Sosial / Cəmiyyət > Hibrid avtomobillər vergidən azad olunurlar

Hibrid avtomobillər vergidən azad olunurlar


17-11-2021, 15:59. Yazar: Admin

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

 Qarabaqinfo.az-in xəbərinə görə, dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı  - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

 

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.(modern.az)


Geri dön