Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişdirildi - QƏRAR
Ana Sayfa > Karusel / Gündəm / Sosial > “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişdirildi - QƏRAR

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişdirildi - QƏRAR


17-11-2021, 14:51. Yazar: Admin

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Dəyişikliyə görə, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni bənd əlavə edilib.

 

Belə ki, terror hadisəsi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi - cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edəcək. Agentlik terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edəcək.


Geri dön