Ana Sayfa > Karusel / Siyasət > Zəngəzur dəhlizinə atılan güllələr - Paşinyan öldürülə də bilər, ancaq...

Zəngəzur dəhlizinə atılan güllələr - Paşinyan öldürülə də bilər, ancaq...


17-11-2021, 10:23. Yazar: Admin

Erməni nəşrindən etiraf: “Qarabağa status tələb etmək bizə yaxşı heç nə vəd etmir” Yeni Sabah

Ermənistan ordusunun qalıqları tərəfindən sərhəd məntəqələrimizə qarşı silahlı təxribatlar getdikcə artır. Dünən sərhədboyu ordumuzun bölmələrimizə qarşı bu qəbildən və daha genişmiqyaslı təxribat əməlləri həm Kəlbəcər və Laçın istiqamətlərində, həm də Tovuz, Ağstafa, Gədəbəylə sərhəddə qeydə alınıb. Həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə axır vaxtlar separatçı-kriminal ünsürlərin fəallaşması müşahidə olunur.  

Təbii ki, silahlı qüvvələrəmiz bu təxribatların cavabını artıqlaması ilə verib və verəcək. Ancaq aydındır ki, bu cür fitnəkar hərəkətlərlə məğlub ölkə münaqişənin bitmədiyi görüntüsünü yaratmaq, nəticə etibarilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri başda olmaqla, daha çox ölkəni prosesə cəlb edib Azərbaycanla qaçılmaza çevrilmiş sülh anlaşmasını ertələmək, sərhədlərin delimitasiyasını və demarkasiyasını ləngitmək və artıq keçmişdə qalmış “Dağlıq Qarabağ” probleminin gündəmdən çıxmasına imkan verməməkdir.Cəbhədə gərginlik artıb - düşmən snayperlərini yenidən işə saldı - Modern.Az Azərbaycan və dünya xəbərləri

İrəvan, erməni lobbisi, bütövlükdə, dünya erməniliyi var gücü ilə çalışır ki, Qarabağ mövzusu daim Azərbaycanın daxili işi kimi yox, “beynəlxalq məsələ” kimi qalsın. Çünki yalnız bu halda ölkəmizə qarşı ərazi iddiasını, “staus” tələbini qabağa aparmaq, paralel surətdə Ermənistanla böyük sülh sazişini “Qarabağ şərti”nə aparıb bağlamaq olar.

Əfsus ki, bu istəklərində mənfur qonşular tək deyillər. Kapitulyasiya sənədinin imzalanmasından bir ildən çox ötməsinə baxmayaraq, erməni tərəfinin, Nikol Paşinyan hökumətinin hələ də sənədin əsas bəndlərinə əməl etməməsinin arxasında xeyli dərəcədə bu faktorlar, hədəflər dayanır: rəsmi İrəvanın xaricdəki havadarlarına böyük ümid bəsləməsi, Nikolun “iki stul siyasəti”, erməni diasporunun radikal-faşist mövqeyi və aparıcı Qərb dövlətlərinin Azərbaycana münasibətdə “ikili standart” siyasəti.

Sözsüz ki, Rusiya amili də yaddan çıxarılmamalıdır. Sadə səbəbə: bu gün Ermənistanın, oradakı siyasi qüvvələrin, o cümlədən radikal müxalifətin, ümumən erməni xalqının bütün mənalarda ən çox asılı olduğu ölkə Rusiyadır. Demək, Kreml istəsə, çox qısa zamanda İrəvanı Bakı ilə sülh müqaviləsi imzalamağa vadar və üzüyola edə bilər.

Təəssüf ki, bu yöndə rəsmi Moskvanın real və ciddi hərəkətlənməsini görmürük. Əksinə, Rusiyanın sülhməramlıları Şuşa yaxınlığındakı postumuza qumbara atan ermənini legitim dövlət kimi Azərbaycana deyil, oyuncaq rejimə, separatçılara təhvil verdi. Bununla da Rusiyanın sülhyaradıcı imici bir az da zədələnmiş oldu. Bu imici zədələyən amillərdən biri də Moskvanın Bakıya əlavə təzyiq aləti kimi Minsk Qrupunu ayaqda saxlamaq, diriltmək cəhdləridir


Geri dön