Noyabrın 16-da “Solovyov LIVE” verilişinin efirində Ermənistan-Azərbaycan sərhədində münaqişənin kəskinləşməsi mövzusu müzakirə olunub.
Proqramın qonaqlarından biri Ermənistandan olan siyasi şərhçi və jurnalist Ayk Xalatyan olub.
Xalatyan çıxışı zamanı bildirib ki, Rusiya ilə dost olmaq hər zaman məğlub olmaq deməkdir.
“Moskva elə edir ki, Rusiya ilə dost olmaq “uduzmaq” sözünün sinoniminə çevrilir. Rusiyanın yanındasınızsa, həm xarici siyasətdə, həm də daxili siyasət “uduzan”sınız, çünki Rusiya Donbassdan başlayaraq, Qarabağa qədər və Ermənistan məsələsində də heç kimə kömək etmir və dəstək olmur. Rusiya ilə dost olmaq həmişə uduzmaq deməkdir. Rusiyanın “xarici siyasəti” budur”, - deyə siyasi şərhçi vurğulayıb.
virtualaz.org