Ana Sayfa > Karusel / Təhsil > Bakıda daha 3 məktəbdə əyani dərslər bərpa olunub

Bakıda daha 3 məktəbdə əyani dərslər bərpa olunub


17-11-2021, 10:04. Yazar: Admin

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 

Paytaxtdakı 147 nömrəli Texniki-Humanitar Lisey, 26 və 230 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Qarabaginfo.az-a verilən məlumata görə, hər 3 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.


Geri dön