Ana Sayfa > Karusel / Sosial > Vətən müharibəsində yaralanmış 2200 qaziyə əlillik təyin edilib
Vətən müharibəsində yaralanmış 2200 qaziyə əlillik təyin edilib17-11-2021, 10:02. Yazar: Admin |
Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aidiyyəti qurumlarla birgə bu istiqamətdə ardıcıl işlər aparır. Bunun üçün ilk mərhələdə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir. Bu sənədləşmənin çevik təşkili aparıldıqdan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin qiymətləndirilməsini həyata keçirir. Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin olunub. Geri dön |