Ana Sayfa > Karusel / Region > “İndi Ermənistanın arxasında yalnız Rusiya deyil, Fransa, İran, Çin və ABŞ dayanır” - Kuznetsov

“İndi Ermənistanın arxasında yalnız Rusiya deyil, Fransa, İran, Çin və ABŞ dayanır” - Kuznetsov


16-11-2021, 21:00. Yazar: Admin

“İndi Ermənistanın arxasında yalnız Rusiya deyil, Fransa, İran, Çin və ABŞ dayanır” - Kuznetsov

Mən hələ dörd ay bundan əvvəl açıq şəkildə yazmışam ki, Azərbaycan dövlət sərhədi xəttini müəyyən etmək üçün yeni müharibəyə hazırlaşmalıdır. Ermənistan Qarabağdan imtina etməyəcək, sülh və dövlət sərhədi haqqında danışıqlara getməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Oleq Kuznetsov Ermənistanın Kəlbəcər və Laçın istiqamətində bugünkü təxribatlarını şərh edərkən deyib.

“Azərbaycan bir il bundan əvvəl Qarabağda erməni işğalçı ordusunu darmadağın etdi, lakin Ermənistan üzərində siyasi qələbə qazanmadı, müharibə dayandırıldı, amma başa çatmadı. Müharibə yenidən başlayıb, özü də rəsmi Bakı üçün siyasi baxımdan münasib olmayan bir məqamda. Çünki 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonrakı bir ili Azərbaycan hakimiyyəti Qafqaz və Mərkəzi Asiya regionunda yeni türk dünyası nizamının tikintisinə həsr edib.

Son günlərin təxribatları üçtərəfli bəyanatının imzalanmasının ildönümünə həsr olunmayıb, xeyr. Çoxları elə düşünə bilər, amma bu, yeni doğulan Türk Dövlətləri Təşkilatının ideya və ideologiyasına ilk zərbədir”, - politoloq bildirib.

Kuznetsovun sözlərinə görə, bir il əvvəl olduğu kimi, indi Ermənistanın arxasında yalnız Rusiya deyil, Fransa və İrandan başlayaraq Çinə və ABŞ-a qədər olan beynəlxalq koalisiya dayanır:

“Bu ölkələrə Azərbaycanın müttəfiqi olan Türkiyənin hərbi-siyasi aktivliyi mane olur. Ermənistan döyüş vasitəsilə kəşfiyyat işlərini aparır və bu, reallıqıdr, Türk Birliyi isə hələ ki, yalnız deklarativ fəaliyyət göstərir. Qazaxıstan, Qırğızıstan və digər hökumətlərdən müttəfiq münasibətlərinə uyğun olan və çətin anlarda işlədilən “həmrəyik” sözlərini hələ ki, eşitmədik”.

O.Kuznetsov deyib ki, indi Ermənistan həqiqətən də özünü Qafqaz və Mərkəzi Asiya regionunda Türkiyə təsirinin yayılması yolunda forpost kimi göstərə bilər:

“Bununla Ermənistan Türkiyənin geosiyasi düşmənlərinin və iqtisadi rəqiblərinin dəstəyinə sığınmağa cəhd edəcək. Bu halda dünya mətbuatı və elitası Azərbaycanın tərəfində olmayacaq. İndi Ermənistan dünya geosiyasətinin qarşısında türk dünyası təcavüzünün qurbanı rolunu öz üzərinə götürməyə də çalışacaq”.(Axar.az)


Geri dön