Ana Sayfa > Karusel > Bakıda soyqırımı abidəsi yaradılır
Bakıda soyqırımı abidəsi yaradılır4-10-2017, 17:06. Yazar: Admin |
“Təkcə Xocalı soyqırımı ilə bağlı deyil, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər qətliamlarla bağlı ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı məlum sərəncamı var.
31 Mart Azərbaycanlıların Soyqrımı günü kimi qeyd olunması ilə bağlı olan həmin sərəncamda açıq-aydın bu fikir öz əksini tapıb. Yəni sərəncamda Bakı şəhərində soyqırımı abidəsi və muzeyi yaradılması göstərilib”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycanda soyqırımı abidəsi və muzeyinin yaradılması istiqamətində iş gedir.
“Mən bu məsələni parlamentdə də dəfələrlə qaldırmışam. Bununla bağlı Milli Məclisin sədri Oqtay Əsədov mənə cavab verib. Oqtay müəllim mənə bildirib ki, vahid soyqırımı abidəsi və muzeyinin yaradılması artıq gündəmdədir və nəzarətdədir. Artıq bununla bağlı işlər gedir”.
E.Məmmədov təklif edib ki, Şəhidlər Xiyabanında soyqırımı abidəsi və muzeyi yaradılsın.
“Bu bir kompleks olsun. Çünki Türk və Azərbaycan şəhidlərinin məzarlığı da həmin əraziyə çox yaxındır. Ona görə də soyqırımı muzey kompleksi həmin yerdə açılsa, daha effektli olar.
Yəqin ki, aidiyyatı qurumlar kompleksin harada və necə olmasını daha yaxşı bilər. Amma onu deyə bilərəm ki, Azərbaycanda soyqırımı abidəsi və muzeyinin yaradılması istiqamətində iş gedir”. Geri dön |