Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Nazirliyi: "Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır"
Müdafiə Nazirliyi: "Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır"16-11-2021, 16:00. Yazar: Admin |
"Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib". Qarabaginfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib. Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur". O qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır". Geri dön |