Ana Sayfa > Karusel / Gündəm >  "Rusiya Ermənistanın təxribatlarına lazımınca cavab verməlidir"

 "Rusiya Ermənistanın təxribatlarına lazımınca cavab verməlidir"


16-11-2021, 15:38. Yazar: Admin

 

Ekspert: Rusiya Ermənistanın təxribatlarına lazımınca cavab verməlidir

"Ermənistan – Azərbaycan sərhədində törədilən təxribatlar regiondakı sabitliyi pozmaq məqsədi daşıyır".

Qarabaginfo.az xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna Q.Plexanov adına Rusiya İqtisad Universitetinin professoru, ekspert Aleksandr Perenciyev bildirib.

“Ermənistan Rusiya sülhməramlılarını Azərbaycan hərbçilərilə qarşı-qarşıya gətirməyə çalışır. Bu təxribat açıq-aşkar Rusiya sülhməramlılarına qarşı yönəlib” – deyən ekspert xatırladıb ki, Ermənistan tərəfi mütəmadi olaraq təxribatlar törədir: “Fikrimcə, bu məsələ ətraflı araşdırılmalıdır. Təxribatların qarşısını almaq üçün tədbir görülməlidir”.

Rusiyalı ekspert bildirib ki, Kreml də Azərbaycan – Ermənistan sərhədində mövcud vəziyyətə müvafiq şəkildə reaksiya verərək belə halların bir daha baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir: “Əminəm ki, bu cür hallar Qarabağdakı vəziyyətin sabitləşdirilməsini, dinc yolla həllini dayandırmayacaq”.


Geri dön