Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsi ilə bağlı görüş keçirilib
Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsi ilə bağlı görüş keçirilib16-11-2021, 14:26. Yazar: Admin |
Türkiyənin diplomatik müraciəti əsasında Azərbaycanın səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev qardaş ölkənin Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorlarını qəbul edib. Səhiyyə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına respublikamızın da qoşulmasını təklif ediblər. Öz növbəsində səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib. Görüşdə sözügedən məsələlər ilə əlaqədar fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib. Geri dön |