Ana Sayfa > Karusel / Gündəm > Növbəti ilin büdcəsində prioritet QARABAĞDI

Növbəti ilin büdcəsində prioritet QARABAĞDI


16-11-2021, 11:48. Yazar: Admin

Xəbər verdiyimiz kimi, parlament 2022-ci ilin büdcəsini müzakirə edir.

 

Qarabaqinfo.az-ın məlumatına görə, maliyyə naziri Samir Şərifov çıxışı zamanı iqtisadə inkişafdan söz açıb:

 

“Mənfur düşmənin darmadağın etdiyi ərazilərimizə yeni nəfəs verilir, yeni avtomobil yolları, dəmir yolları çəkilir, mədəniyyət abidələri bərpa edilir.

Ölkəmizin sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müəyyən etdiyi 5 milli inkişaf prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya edilməsidir.

 

Bu baxımdan da növbəti ilin dövlət və icmal büdcələrinin gəlir və xərcləri müəyyənləşdirilərkən cari ilin təsdiq edilmiş büdcənin icra vəziyyətinə baxılıb”.


Geri dön