Ana Sayfa > Karusel / Gündəm > Sülhməramlılar erməni zəvvarları Qarabağa gətirdi

Sülhməramlılar erməni zəvvarları Qarabağa gətirdi


16-11-2021, 10:56. Yazar: Admin

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin köməyi ilə il ərzində 4 mindən çox erməni zəvvar Amaras (Xocavənddə) və Xudavəng (Kəlbəcərdə) monastırlarını ziyarət edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Sülhməramlı kontingentin sözçüsü Aleksandr Postnikov bildirib ki, Rusiya hərbçiləri zəvvarları ibadət etmək üçün Xankəndidən həmin monastırlara və geriyə aparıb-gətirməklə 80 dəfədən çox müşayiət ediblər.


Onun sözlərinə görə, hər bazar günü Ermənistandan və Qarabağın ucqar rayonlarından zəvvarlar kilsə mərasimlərinə gəlirlər.


Geri dön