Ana Sayfa > Karusel / Dünya > Ukrayna müdafiə naziri və Pentaqonun rəhbəri nəyi müzakirə edəcəklər?

Ukrayna müdafiə naziri və Pentaqonun rəhbəri nəyi müzakirə edəcəklər?


16-11-2021, 08:08. Yazar: Admin

Ukrayna Müdafiə Nazirliyinin yeni rəhbəri Oleksiy Reznikov bu həftə Vaşinqtona səfər edəcək. Bu barədə CNN ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbiyə istinadən xəbər verir.

Kirbinin sözlərinə görə, səfər zamanı Reznikov Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşəcək.

Tərəflərin regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edəcəyi gözlənilir.

Qeyd olunur ki, Reznikovun Ostinlə görüşü tanışlıq xarakteri daşıyır.

virtualaz.org


Geri dön