Ana Sayfa > Karusel / Qarabağ > Karapetyan “verbovka” edildiyinə və Paşinyanı Rusiyaya “satdığına” görə vəzifədən QOVULUB – ŞOK DETALLAR
Karapetyan “verbovka” edildiyinə və Paşinyanı Rusiyaya “satdığına” görə vəzifədən QOVULUB – ŞOK DETALLAR15-11-2021, 19:31. Yazar: Admin |
Demək olar ki, hər gün “Ermənistanın dövlət kimi varlığı təhlükə altındadır”, “İrəvanda vəziyyət gərgindir”, “Paşinyan kapitulyantdır və torpaqları satıb” və sair başlıqlardan ibarət xəbərləri oxuyuruq. Özüdə bu xəbərlər Ermənistanın müxalifyönlü media orqanlarından tutmuş, rəsmi dövlət nəşrlərinə kimi hər yerdə dərc olunur. Bu kimi xəbərlərin dəqiqliyinə isə sadəcə bir faktı sadalamaqla əmin olmaq mümkündür. Təsəvvür edin, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistan rəhbərliyi 4-cü dəfədir ki, ölkənin müdafiə nazirini dəyişib. Bu fakt ölkənin hansı vəziyyətdə olduğunu tam çılpaqlığı ilə göstərir. Sonuncu müdafiə naziri Arşak karapetyanı vəzifədə bu gün Suren Papikyan əvəzləyib. Lakin əsas məsələ Ermənistan rəhbərliyinin 4 dəfə müdafiə naziri dəyişməsndə deyil, Arşak Karapetyanın niyə və hansı səbəblərdən əvəzlənməsindədir. Doğrudur, bu haqda yerli hərbi ekspertlər, siyasi şərhçilər müəyyən fikirlər səsləndirirlər. Kimisi Karapetyanın Xankəndiyə səfər etməsini, kimisi sərhəddə baş verən son hadisələri əsas gətirərək, Paşinyanın müdafiə nazirini bu səbəblərdən dəyişdiyini söyləyir. Lakin hesab edirəm ki, məsələyə dar çərçivədən deyil, bir qədər geniş konteksdən yanaşmaq lazımdır. Bunun üçün isə Karapetyanın vəzifədə olduğu müddətdə atdığı addımları qısaca nəzərdən keçirmək yerinə düşər. Məsələn Karapetyan müdafiə naziri təyin edilər-edilməz “Sərhədi keçmək istəyən Azərbaycan hərbçilərini məhv edin” əmrini verməklə, əslində özünün kimliyini və niyyətini ortaya qoydu. Daha sonra isə Karapetyanın dəfələrlə Rusiyaya səfər etdiyini, həmkarı Şoyqudan “islahat” dərsi aldığını, separatçıbaşı Arutyunyanla görüşdüyünü, Ermənistan ordusunu silahlandırmağa çalışdığını, nəhayət Xankəndiyə səfərə getdiyini və ardınca da onun tabeliyində olan terrorçunun Azərbaycan əsgərinə qumbara atdığını izlədik. Təbii ki, bütün bu qeyri-adekvat davranışların layiqli bir cavabı da oldu. Elə bəlkə də Arşak Karapetyana verilən cavabın təsiridir ki, o vəzifəsini çox tez itirdi. Ancaq bir az diqqətli və hadisələri düzgün analiz etmək qabiliyyəti olan istənilən şəxs Karapetyanın əslində onu bu mühüm posta təyin edən Nikol Paşinyanı satdığını, əvəzində isə Rusiyanın “verbovka”sına məruz qaldığını görə bilər. Bəli, Karapetyan Rusiyaya o qədər səfər etdi ki, axırda Kremlə satıldı və Şoyqunun əlində oyuncağa çevrildi. Nəticədə isə Paşinyanın regionda və Ermənistanda həyata keçirməyə çalışdığı bütün planlar yavaş-yavaş fiaskoya uğramağa başladı. Paşinyanın Rusiya meyilli olmadığı, Kremldə sevilmədiyi hər kəsə bəllidir. O da məlumdur ki, Rusiya Qarabağda vəziyyəti gərginləşdirməklə sülhməramlıların orada daha çox qalmasını (dolayısı ilə Qarabağdakı varlığını) təmin etmək istəyir. Digər tərəfdən, Türkiyənin regionda və dünyada artan nüfuzu, Azərbaycanla hərtərəfli ittifaq, Böyük Turan ideyası üzərində siyasi aktivlik, həmçinin Avropa və ABŞ-la vəziyyətin gərginləşməsi, Ukrayna ilə müharibə təhlükəsi Rusiyanı əməlli-başlı dalana dirəyib. Saman çöpündən yapışan Kreml Cənubi Qafqazı itirmək istəmədiyi üçün Qarabağda vəziyyəti məhz “verbovka” etdiyi Karapetyanın əli ilə gərginləşdirməyə çalışırdı və buna qismən nail olurdu. Ancaq, görünür, Paşinyan bu təhlükəni vaxtında hiss etdi. Elə Arşak Karapetyanın vəzifədən kənarlaşdırılmasının ən böyük səbəblərindən biri də məhz bu ola bilər. Digər tərəfdən Türkiyədən “Bayraktar” uçuş aparatlarını, Qərbin isə dəstəyini alan Ukraynanın artıq Rusiya ilə müharibəyə girmək və öz suverenliyini tam təmin etmək niyyəti ortadadır. Qələbə və məğlubiyyətin heç bir fərqi olmadan deyə bilərik ki, belə bir müharibə Rusiya üçün arzuolunmazdır və onun bütün potensialını tükədə bilər. Nəticədə Cənubi Qafqaza ayırmağa vaxt tapmayan Kremlin regiondakı planlarının ciddi fiaskoya uğraması, Azərbaycan və Türkiyənin isə bütün tələblərinin reallaşması mümkündür. Bu isə sadəcə an məsələsidir. Paşinyanın “hazırda vəziyyət məni müdafiə nazirinin dəyişdirilməsi ilə bağlı qərara vadar etdi” ifadəsinin altında da məhz bu məsələləri dərindən analiz etməsi dayanır. Yeni müdafiə naziri Suren Papikyana gəlincə isə, o tarixçidir və hərbi ilə heç bir bağlılığı yoxdur. Bu isə erməni əsgərlərə vurulan sillədir. Paşinyana hərbini bilən və Rusiyaya satılan şəxs yox, ona sadiq qalacaq və əmrlərini yerinə yetirəcək menecerlər lazımdır. Bütün məsələləri dərindən analiz etdikdə, Qarabağdakı vəziyyətin tezliklə tam olaraq Azərbaycanın leyhinə dəyişəcəyini, kommunikasiya və digər məsələlərin reallaşacağını demək mümkündür.(Konkret.az) Geri dön |