Ana Sayfa > Karusel / Gündəm > Mülki işlərdə çalışan keçmiş hərbçilərin pensiyaları artırıla bilər
Mülki işlərdə çalışan keçmiş hərbçilərin pensiyaları artırıla bilər15-11-2021, 17:48. Yazar: Admin |
Ombudsman Aparatı hərbçilərin əmək pensiyalarının artırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Bu barədə Ombudsman Aparatının Elmi Audit sektorunun müdiri Mahir Məmmədov bildirib. Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı Ombudsman sorğu verib. “Əmək pensiyaları haqqında qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçular güzəştli əsaslarla pensiyaya çıxdıqda onlara təyin olunan pensiyanın qulluğa qayıdacağı təqdirdə artırılması nəzərdə tutulur. Amma hərbi qulluqçular pensiyaya çıxıb mülki sahədə çalışarsa, onların pensiyasına əlavələr hesablanmır. Bu da Konstitusiyamızda hüquq bərabərsizliyinə gətirib çıxarır. Yəni eyni qəbildən olan insanlara fərqli yanaşma göstərilir. Biz də bu mənada Ombudsmanın təşəbbüsü ilə Konstitusiya Məhkəməsinə sorğu verdik ki, keçmiş hərbçilər mülki sahədə çalışdığı təqdirdə onların da əmək pensiyalarına artım məsələsi gündəmə gətirildi. Bu həssas məqamda atılan doğru addımlardan biridir". Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edək ki, sorğu Konstitusiya Məhkəməsinin Plenumuna qəbul olunub Geri dön |