Ana Sayfa > Karusel / Multimedia > Səlim Müslümovun şirkəti məhkəməyə verildi

Səlim Müslümovun şirkəti məhkəməyə verildi


15-11-2021, 17:47. Yazar: Admin
Səlim Müslümovun şirkəti məhkəməyə verilditwitter sharing button

Hazırda həbsdə olan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova məxsus olan “Formes.Group.Az” MMC məhkəməyə verilib.

Qarabaginfo.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

“Formes.Group.Az” MMC 2016-cı ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Mesut Şendir.

Şirkət bundan əvvəl “Aqrotexservis” MMC adı altında fəaliyyət göstərib. Sonradan şirkət Mesut Şenin idarəçiliyinə verilib. Adı da elə bu zaman dəyişdirilib.

Bundan əvvəl şirkəti “Azəriqaz” məhkəməyə vermişdi. Həmin vaxt “Aqrotexservis” MMC adı ilə fəaliyyət göstərən şirkətin “Azəriqaz”a 200 manat borcu var idi. Yayılan məlumatlardan məlum olurdu ki, istixana kimi fəaliyyət göstərən şirkət yarandığı vaxtdan istifadə edilən təbii qazın pulunu ödəməyib.

Bildirilirdi ki, “Azəriqaz” dəfələrlə istixanaya qazın verilişini dayandırsa da, həmin vaxt nazir olan Səlim Müslümov şəxsi nüfuzundan istifadə edərək qaz verilişini bərpa etdirib.

Səlim Müslümov 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. O, 2018-ci ildə tutuduğu vəzifədən azad edilib. 2021-ci ilin fevralında isə korrupsiya ittihamı ilə həbs edilib.(Qaynarinfo)


Geri dön